Ölənlərin sayı 16 nəfərə çatdı, 64 yaralı var - Rəsmi
Hadisə – 14:24 19.5.2015 Son məlumatlara əsasən, 54 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfəri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 1 nəfər isə Yanıq Mərkəzinə yerləşdirilib. Digər 10 nəfərə isə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili tibbi yardım briqadası artıq qayıtmaq üzrədir. Lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.******* Bakının Binəqədi rayonunda 16 mərtəbəli evdə baş verən yanğın zamanı dünyasını dəyişənlərin sayı 13-ə çatıb.Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Onun sözlərinə görə, yaralananların sayı 61 nəfər olub.Liya Bayramova əlavə edib ki, ölənlərin çoxu toksiki zəhərlənmədən dünyasını dəyişib.Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, yanğın zamanı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 30-a çatıb: “Onların bəzilərinin sağlamlıq durumları çox kritikdir”.Qeyd edək ki, yaralılardan daha 5 nəfər Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.******Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasındakı yanğında ölənlərin sayı 15-ə çatıb.Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, hadisə nəticəsində yaralananların sayı isə artıq 64-dür.